FHN Xızıdakı yanğının söndürülməsinə helikopterlər cəlb etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Xızıdakı yanğının söndürülməsinə helikopterlər cəlb etdi

Qafar Ağayev17:36 - 23 / 09 / 2022
FHN Xızıdakı yanğının söndürülməsinə helikopterlər cəlb etdi

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun:

Biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkına keçib

FHN Xızıdakı yanğınla bağlı məlumat yayıb

Paylaş:
486

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər