Fövqəladə Hallar Nazirliyindən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyindən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

09:57 - 23 / 09 / 2022
Fövqəladə Hallar Nazirliyindən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğının sürətlə yayılma riskini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə deyilir.

Paylaş:
86

Son xəbərlər

Sevinc Fətəliyeva:Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olunduBu gün, 18:50Azərbaycanın 11 rayonunda elit toxumların səyyar satışına başlanılıbBu gün, 17:51Məhkəmədə Əvəz Zeynallının şikayətinə baxıldıBu gün, 17:48Bakıda hava ilə bağlı rekord yeniləndiBu gün, 17:42Agentlik reyd keçirdi - 29 ictimai iaşə müəssisəsində nöqsan aşkarlandıBu gün, 17:26Yaxın günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcəkBu gün, 17:16“Xəzər” TV-yə bu süjetə görə - Xəbərdarlıq edildiBu gün, 17:03Bakıda narkotikə görə daha 20 nəfər saxlanılıb - FOTO - VİDEOBu gün, 16:48Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 16:38Ötən sutka koronavirusa yoluxanların sayı açıqlanıbBu gün, 16:35Epoint.az ödəniş platforması – Azərbaycanda elektron kommersiya sahəsində novatorçu irəliləyişBu gün, 16:31“Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür - Deputatdan şərhBu gün, 16:26Jurnalistlər media reysterindən bu halda çıxarılacaqBu gün, 16:13Azərbaycanda media subyektlərinə və jurnalistlərə şəhadətnamə müddətsiz veriləcəkBu gün, 16:00Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyibBu gün, 15:55AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb - QİYMƏTLƏRBu gün, 15:49Prezident onları sədr müavini təyin etdiBu gün, 15:28Ermənilər tərəfindən basdırılan minalar zərərsizləşdirildiBu gün, 15:17Rusiyada məktəbliləri öldürən şəxs intihar etdiBu gün, 15:13Mühafizəçi işlədiyi bağ evindən 35 min manatlıq qızıl oğurlayıb - FOTO - VİDEOBu gün, 14:53
Bütün xəbərlər

Next TV