Xocalı rayonu istiqamətində ermənilər tərəfindən basdırılmış tələ-mina aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı rayonu istiqamətində ermənilər tərəfindən basdırılmış tələ-mina aşkarlandı - FOTO

Qafar Ağayev11:48 - 23 / 09 / 2022
Xocalı rayonu istiqamətində ermənilər tərəfindən basdırılmış tələ-mina aşkarlandı - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Paylaş:
692

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər