Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

15:14 - 24 / 09 / 2022
Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü təsdiq edilib.

1news.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bağlı qərar imzalayıb.

Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.

Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcək.

Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.

1news.az

Paylaş:
297

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər