Bakı-Qazax yolunda iki avtobus toqquşub - SİYAHI - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda iki avtobus toqquşub - SİYAHI - YENİLƏNİB

11:24 - 26 / 09 / 2022
Bakı-Qazax yolunda iki avtobus toqquşub - SİYAHI - YENİLƏNİB

Ağstafada baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

1news.az APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanların 1961-ci il təvəllüdlü Azəri Durdanə Əli qızı, 1954-cü il təvəllüdlü Musayev Mirsadıq Məsim oğlu, 1962-ci il təvəllüdlü Ağayeva Nərminə Abbas qızı, 1994-cü il təvəllüdlü Həsənli Elgün Arif oğlu, Bukadarce Mehriban Çengiz qızı, 2002-ci il təvəllüdlü Bəkirova Rima Əli qızı, 1964-cü il təvəllüdlü Həmid Məmmədov Məmməd oğlu, 1977-ci il təvəllüdlü Əliyev Zəminə Rəhim qızı, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Həmid oğlu, 1993-cü il təvəllüdlü Ağazadə Vasif Fuad oğlu, 1996-cı il təvəllüdlü Əzizova Nigar Hidayət qızı, 1999-cu il təvəllüdlü Bukavadce Rəsmiyə Əli qızı, 2022-ci il təvəllüdlü Bukavadce Səkinə Mirəli qızı, 2020-ci il təvəllüdlü Bəkirov İsmayıl Koroğlu oğlu, 1978-ci il təvəllüdlü Bəndəliyev Ayaz Müslüm oğlu olduğu bildirilir.

11:09

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

1news.az xəıbər verir ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Əlavə məlumat veriləcəkdir.

1news.az

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər