Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

16:23 - 29 / 09 / 2022
Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.
Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.
Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər