Bakıda üçəm körpələr doğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda üçəm körpələr doğulub

16:59 - 29 / 09 / 2022
Bakıda üçəm körpələr doğulub

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib.

İnstitutdan 1news.az-a verilən xəbərə görə, qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub.

9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L.Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə yola salınıb.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər