MEDİA-nın əməkdaşı ATƏT DTİHB-in ənənəvi konfransında iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

MEDİA-nın əməkdaşı ATƏT DTİHB-in ənənəvi konfransında iştirak edir

17:42 - 30 / 09 / 2022
MEDİA-nın əməkdaşı ATƏT DTİHB-in ənənəvi konfransında iştirak edir

Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada keçirilən ənənəvi konfransında iştirak edir.

Agentlikdən 1news.az-a verilən xəbərə görə, konfransda çıxış edən Rasim Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və təsiri daha da artır. Bu baxımdan media subyektləri və jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir və qeyd olunan istiqamətdə həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla çoxşaxəli tədbirlər görülür.

Bununla yanaşı, konfrans iştirakçılarına Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyəti haqqında məlumat verilmiş, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində jurnalistlərin hüquqlarının daha effektiv qorunduğu, eləcə də onların peşəkar fəaliyyətinə müdaxilənin yolverilməzliyi qeyd olunmuşdur.

AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovun Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən şəhid olduğu, mina xəritələri təqdim edilmədikcə bu hadisələrin sayının arta biləcəyi vurğulanmışdır.

Sonda regionun gələcəyi naminə ərazi bütövlüyünə və sülhsevər niyyətlərə qarşılıqlı hörmət nümayiş etdirməyin vacibliyi, sülhün alternativinin olmadığı qeyd edilib.

Paylaş:
278

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər