AzMİU tələbələrinin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU tələbələrinin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər

Qafar Ağayev17:56 - 30 / 09 / 2022
AzMİU tələbələrinin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Milli Xalça Muzeyi və “Sandıqca” mağazalar şəbəkəsi üçün hazırladığı dizayn nümunələrinin təqdimatı keçirilib.

AzMİU-dən 1news.az-a verilən məlumata görə, “İctimai məkanda müvəqqəti, pərakəndə ticarət məqsədli kiçik memarlıq həcminin interyerinin yaradılması” layihəsi çərçivəsində hazırlanan işlərə ilkin baxış keçirilib və tövsiyyələr verilib.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə reallaşan təqdimatda AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Milli Xalça Muzeyindən olan qonaqlar da iştirak ediblər.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov çıxış edərək layihə haqqında məlumat verib və qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi tələbələr üçün çox müsbət haldır və real işlər üzərində çalışmaq onlara daha çox təcrübə yığmağa imkan verir.

AzMİU-nun prorektoru, professor Nərgiz Abdullayeva tələbələrə təşəkkür edib və universitetdə dizayn ixtisası üzrə mütəxəssis hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Prorektor qeyd edib ki, AzMİU-da digər ixtisaslarla yanaşı, dizayn ixtisası üzrə də mütəmadi olaraq qabaqcıl dünya universitetlərinin təcrübələri öyrənilir və tədrisdə tətbiq edilir.

Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Çingiz Məmmədov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxışlarında layihənin önəminə toxunaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunublar. Qonaqlar tələbələrin təklif etdikləri layihələrlə yaxından tanış olaraq onları heyrətamiz adlandırıblar.

Sonda tələbələrə layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub. Qaliblər xüsusi həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində hazırlanan uğurlu dizayn nümunələrinin gələcəkdə Azərbaycan Milli Xalça Muzeyində və Dənizkənarı Bulvar ərazisində reallaşdırılması da istisna olunmur.

Paylaş:
363

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər