Ceyhun İmanov: “Süni intellekt və avtomatlaşdırma - dizayn və marketinqin gələcəyidir” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun İmanov: “Süni intellekt və avtomatlaşdırma - dizayn və marketinqin gələcəyidir” – VİDEO

11:12 - 03 / 10 / 2022
Ceyhun İmanov: “Süni intellekt və avtomatlaşdırma - dizayn və marketinqin gələcəyidir” – VİDEO

Dizayn və brendinq sahəsi üzrə ekspert, sahibkar, “Jeykhun Imanov Studio” (JIS) innovasiya agentliyinin kreativ direktoru və təsisçisi Ceyhun İmanov ilə müsahibə.

“Jeykhun Imanov Studio” (JIS) – 2005-ci ildə təsis edilmiş qlobal innovasiya agentliyidir. JIS Azərbaycanın ən çox mükafatlara layiq görülmüş və ən geniş portfolioya malik şirkətidir. Agentlik lider şirkətlərə məhsulları, brend təcrübəni və müştəri əlaqələrini yaratmaqda və təkmilləşdirməkdə kömək edir. Agentliyin əsas fəaliyyət istiqamətləri brendinq, veb-layihələr, reklam kampaniyaları, rəqəmsal marketinqdir. Hazırda “Jeykhun Imanov Studio” komandası dünyada tamamilə yeni istiqamətin – marketinqin qlobal avtomatlaşdırılmasının əsasını qoyub. Ceyhun İmanov ilə məhz bu təşəbbüsü müzakirə edəcəyik.

1news.az sözügedən müsahibəni təqdim edir:

  • İlk növbədə sizdən “Jeykhun Imanov Studio”nun yaradılması tarixi, ilk işləri və müştəriləri haqqında soruşmaq istərdik. Hər şey nə vaxt və necə başladı?

- 7-8 il qrafik dizayner və veb-dizayner kimi işlədikdən sonra agentlik yaratmaq qərarına gəldim. Agentliyin ilk müştərisi “BP Azerbaijan” şirkəti oldu. Bu şirkət bizi daim dəstəkləyib və indi də dəstəkləməkdədir. Azərbaycanda fəaliyyət göstərdiyi 30 ildən 20 ilini biz əməkdaşlıq edirik. Onlarla birlikdə işləmişik, onlar üçün müxtəlif stendlər, veb-saytlar, vizual işlər hazırlamışıq. Bu brendi çox sevmişik və indi də sevirik. Cəmi 1 il əməkdaşlıq etdikdən sonra dünyada BP ilə əməkdaşlıq edən ən yaxşı şirkətə çevrildik.

  • Ətrafımızda hər gün studionuzun işlərini görürük. Bir az da ən vacib və əlamətdar işləriniz haqqında danışardınız. Hansı işləri studionuzun əsas vizit kartları hesab edirsiniz?

- 16 illik fəaliyyətimiz dövründə xeyli layihələri və brendləri sıfırdan işləyib hazırlamışıq. “Bolkart”, “Birkart”, “Rabita Bank”, “Norm Sement” və AZN-in təsvirlərindən biri bu qəbildən olan layihələrdir. Əlbəttə ki, Şuşanın qala divarları üzərində əks olunmuş “Şuşa” yazısı bizim qürur mənbəyimizdir. Qrafik layihələrdən savayı həm də çoxlu sayda rəqəmsal infrastrukturların müəllifiyik. Bankların, sığorta şirkətlərinin saytlarının 90%-ni, bütün iri ticarət mərkəzlərinin, habelə böyük korporasiyaların bir qisminin saytlarını məhz bizim şirkət işləyib hazırlayıb.

  • Bir qədər də özünüz haqqında danışın. Bilirəm ki, səyahət etməyi çox sevirsiniz və bu həm sizə, həm də rəhbərlik etdiyini studioya öz təsirini göstərir. Səyahətlər iş baxımından sizə nə qazandırıb?

- Mən Britaniya Dizayn Məktəbində təhsil almışam və orada tanış olduğum yaxın dostum Den Batalin ilə dünyanı səyahət etməyə başlamışıq. Onun təşkil etdiyi turlar çərçivəsində biz ölkələrə səfər edir və həmin ölkələrin biznes dairələri işə görüşürdük. Məsələn, siz Yaponiyaya sadəcə turist kimi səfər etmirsiniz, orada iş adamları ilə görüşürsünüz. Beləliklə, 10 gün ərzində ölkənin insanları, mədəniyyəti, biznes mədəniyyəti və turizmi ilə tanış olursunuz. 5-6 il ərzində 20-dən çox ölkədə 140 müxtəlif agentliklə tanış olduq, dünyada reklam, “digital” və dizaynın necə işlədiyini gördük. Yaponiyada, Braziliya, Amerikada olduq. Pandemiyadan sonra başa düşdük ki, artıq müəyyən təcrübə toplamışıq və daha səyahət ediləsi yer qalmayıb. Bu səyahətlər özüm və studiom üçün yeni istiqamətin ideyasının əsasını qoymuş oldu.

  • Yəqin ki, söhbət marketinqin avtomatlaşdırılmasından gedir? Bu barədə ətraflı məlumat almaq çox maraqlı olardı. Bu istiqamət marketinq sahəsinə necə fayda verir?

- Çoxsaylı səyahətlərdən sonra anladım ki, mənim fəaliyyət sahəm də daxil olmaqla dünyada hər şey avtomatlaşdırılır. Biz də marketinqin avtomatlaşdırılmasına investisiya yatırmağa başladıq. Bu necə baş verir? Məsələn, mən dizaynerəm. Bu peşə hər zaman çox dəyərli olub, lakin əgər siz hər hansı foto, dizayn və ya illüstratorlar stokunu, “Getty Images” və ya “Shutterstock”u açsanız, istənilən rakursda çəkilmiş çoxsaylı şəkillər, fərqli illüstrasiyalar, müxtəlif mövzulu dizaynlar tapa bilərsiniz. İstənilən halda, dizaynerin, fotoqrafın və illüstratorun işi çox avtomatlaşıb və sadələşib. Amma bu o demək deyil ki, həmin peşələrə ehtiyac qalmayıb. Əgər A, B və C layihələri varsa, B və C xeyli avtomatlaşdırılmış layihələrdir. Necə? Onlar dizayn, fotoşəkil və illüstrasiya kolleksiyası toplayır. Marketinqdə də eyni hal baş verir. Burada komdamız dünyanın müxtəlif brend ideyalarını toplayır. Bizim yaratmış olduğumuz tədqiqat alətləri və yanaşmaları müxtəlif istiqamətlərdə və sənaye sahələrində brendlərin nə etdiyini anlamağa imkan verir.

Bundan sonra biz studio daxilində məhsullar və alətlər yaratmağa başladıq. Bu məhsulların bir qismini dünya üçün açdıq, bu yolla biz dünyanın müxtəlif ölkələrində istifadə edilən Text Hunteri yaratdıq. Bu, istənilən mətnlər haqqında plagindir. Saytdan broşürədək nə yaratmağınızdan asılı olmayaraq, sizə mətnlər lazımdır. Dünyanın ən böyük sloqan bazası olan “Text Hunter” qısa zamanda real şablonlar yaratmağa imkan verir. İkinci məhsulumuz Insight Hunterdir. Qlobal brendlərin şablonlarının və materiallarının pulsuz bazası olan “Inside Hunter” bençmarkinq və brendin strategiyasının işlənib hazırlanması prosesini sürətləndirir və asanlaşdırır.

  • Sizcə, bu proses nə ilə yekunlaşacaq?

- Son 2 il ərzində bu çoxmilyonlu baza və yaratdığımız “robot”ların sayəsində agentliyin işinin necə sürətləndiyinin şahidi oldum. Bu robotların işimizə necə dəyər qatdığını görürük və başa düşürük ki, əgər bu alətlər bizə kömək olursa, deməli bu robotları dünya bazarına çıxara bilərik ki, digər dizayn və marketinq agentlikləri, müştərilər və brendlər də onlardan yararlana bilsin. Bu, onlara nəyi necə və nə zaman etməyə, real vəziyyəti görməyə və istehlakçılarını tanımağa imkan verəcək. Onlar bütün bu suallara real zaman rejimində cavab tapmaq istəyir. İndi isə süni intellekti cəlb etməklə effektiv həlləri nə dərəcədə dəyərli və tez göstərə biləcəyimizi anlayırıq. Bu, çox əyləncəli səyahətdir! Hazırda 15 tədqiqatçımız işləyir, son 1 il yarım – 2 il ərzində təxminən 100 nəfərlə əməkdaşlıq etmişik. Biz bundan ilham alırıq.

Hesab edirəm ki, gələcəyimiz istənilən halda avtomatlaşdırma ilə bağlıdır. Demək olar ki, həyatımızın bütün sahələri avtomatlaşıb, sadəcə biz bunu hiss etmirik. Biz onları robot adlandırmırıq, amma ətrafımız başdan-başa robotlarla əhatə olunub. Bu səbəbdən, kimin robotları daha çox və daha yaxşı işləyirsə, o da üstünlük qazanır.

  • Uğurunuzun sirri nədədir?

Ümumilikdə, uğur şəxsiyyətlərdən asılıdır. Studionun fəaliyyət göstərdiyi müddət ərzində enerjili, özlərini və dünyanı dəyişmək istəyən liderlər yetişdirmişik. Bütün iş onların çiyinləri üzərində qurulub. Əgər şirkət işi apara bilən komanda yarada bilirsə, hər şey bir o qədər də çətin deyil. Çünki bu insanlar baxış bucağına, istəyə, yüksək qeyri-müəyyənlik şəraitində işləmək marağına malik olur, dünyanın ən yaxşılarından olmaq üçün kifayət qədər tez öyrənirlər. Yəqin ki, uğura gedən yol daim dəyişməkdən, bunu etmək istəyən liderləri bir araya gətirməkdən keçir. Bizim studioda meqaistedadlar, dizayn üzrə doktorlar işləyirlər, buna görə də özümü tamamilə xoşbəxt hiss edirəm!

Paylaş:
1113

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər