Magistratura imtahanlarında iştirak edənlərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura imtahanlarında iştirak edənlərin sayı artıb

Qafar Ağayev10:13 - Bu gün
Magistratura imtahanlarında iştirak edənlərin sayı artıb

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 16 fevral və 11 may tarixlərində keçirilib. İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub.

DİM-dən 1news.az-a verilən məlumata əsasən, bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.

2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.

Bu il 90 və daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər