Kamaləddin Qafarov: “1993-2003-cü illər dövlətçilik tariximizin ən mühüm mərhələsidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “1993-2003-cü illər dövlətçilik tariximizin ən mühüm mərhələsidir”

09:39 - 03 / 10 / 2022
Kamaləddin Qafarov: “1993-2003-cü illər dövlətçilik tariximizin ən mühüm mərhələsidir”

“1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.

Həmin dövrün hadisələri düzgün qiymətləndirə bilməyən iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidarın özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyi qoruya biləcək əvəzsiz lideri-Heydər Əliyevi Bakıya dəvət etdi.” Bu sözləri mətbuata açıqlamasında Kamaləddin Qafarov deyib.

Deputat 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsilə ölkənin inkişaf tarixində yeni səhifənin açıldığını vurğulayaraq deyib: “Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu dövrdən başlayaraq reallaşdırılan siyasət məhz Ulu Öndərin adı və onun fəaliyyəti ilə bağlıdır. 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. ”

K.Qafarov bildirib ki, Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınması, ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından müstəsna əhəmiyyət kəsb edib: “Bu gün birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu xarici siyasət kursu sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı və böyük uğurların əldə olunmasını təmin etdi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Qısa müddət ərzində Azərbaycan kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşularaq özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirməyə başladı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən də məhz Ulu Öndər olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi.”

Millət vəkili sonda deyib:” Bu gün Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.”

1news.az

Paylaş:
99

Son xəbərlər

Bakıda idman arenasında qətl törədilibBu gün, 18:10Prezident İlham Əliyev Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyibBu gün, 18:00Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcəkBu gün, 17:50Fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişibBu gün, 17:35Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 17:16Pakistan Baş naziri Prezident İlham Əliyevə təşəkkür edibBu gün, 17:07Sevinc Fətəliyeva : “Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır”Bu gün, 16:50Peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:39Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxubBu gün, 16:37Keniyada Azərbaycan Səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalanıbBu gün, 16:32İlham Əliyev Albaniyada səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıbBu gün, 16:30Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcəkBu gün, 16:27Azərbaycan Fələstində Təmsilçilik Ofisi təsis ediləcəkBu gün, 16:15Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıbBu gün, 16:08Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşübBu gün, 15:49Paylaşdığı fotoya feysbuk şərh yazdı - FOTOBu gün, 15:37FHN Xətai Rayon İcra Hakimiyyətində müşavirə keçiribBu gün, 15:2282 yaşlı Xalq artisti idman zalında - FOTOBu gün, 15:01Azərbaycan və Rusiya prezidentləri üçtərəfli razılaşmaların icrasını müzakirə edibBu gün, 14:45Azərbaycan Ordusunun Daşkəsən, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulubBu gün, 14:27
Bütün xəbərlər

Next TV