Nazir müəllimlərə SMS göndərdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müəllimlərə SMS göndərdi

10:28 - 05 / 10 / 2022
Nazir müəllimlərə SMS göndərdi

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər