Peşəsi müqəddəs və sözü həqiqət - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ölkəmizdə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir və bu günə dövlət səviyyəsində diqqət yetirilir.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Peşəsi müqəddəs və sözü həqiqət" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Sevinc Əliyeva – dosent, Qəhrəman Qasımov - əməkdar müəllim, Sevil Musayeva - 2 saylı texniki-humanitar liseyin müəllimi və Nuriyyə Verdiyeva - 299 saylı məktəb-liseyin müəllimi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: