Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub

15:16 - 06 / 10 / 2022
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

1news.az Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux olub.

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər