Binəqədidə 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır - FOTO

17:50 - 06 / 10 / 2022
Binəqədidə 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) əhalinin içməli su təmiatının yaxşılaşdırılması məqsədilə Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb. Dövlət investisiyası hesabına icra olunan layihə çərçivəsində Binəqədi qəsəbəsi 4-cü Qapı adlanan ərazidə yaradılan yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi 700-dək ailəni dayanıqlı içməli su ilə təmin edəcək.

ASC-dən 1news.az-a bildirlilib ki, Binəqədi qəsəbəsi 4-cü Qapı adlanan yaşayış massivində indiyədək mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.

Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə icra olunan yeni layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur, müxtəlif diametrli borularla 7,6 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 700-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq, hər bir abonent sayğacla təmin olunacaq. Layıhə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Yeni yaradılmış infrastruktur sakinlərin dayanıqlı içməli su ilə təminatına imkan verəcək, dəqiq uçot qurulacaq, su itkilərinin qarşısı alınacaq.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən dövlət investisiyası hesabına Binəqədi qəsəbəsi ilə yanaşı, Sabunçu, Zabrat, Mərdəkan və Qala qəsəbələrində layihələrin icrası davam etdirilir. Bu layihələr çərçivəsində həmin qəsəbələrdə yeni mərkəzləşdirilmiş içməli su şəbəkələri yaradılır, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır.

Paylaş:
332

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər