Gəncədə şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb -YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb -YENİLƏNİB

15:39 - 07 / 10 / 2022
Gəncədə şagirdlərin məktəbdə zəhərlənməsinin səbəbi açıqlanıb -YENİLƏNİB

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.

1news.az xəbər verir ki, məktəbdən verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb.

Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

13:35

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

1news.az APA-ya istinadən verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:
1103

Son xəbərlər

Bütün xəbərlər