Sabirabadda 66 yaşlı qadın qardaşının evində intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 66 yaşlı qadın qardaşının evində intihar edib

09:33 - 10 / 10 / 2022
Sabirabadda 66 yaşlı qadın qardaşının evində intihar edib

Sabirabad rayonunda 66 yaşlı qadın qardaşının evində intihar edib.

1news.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 8-i saat 12 radələrində rayonun Yolçubəyli kəndi ərazidinə qeydə alınıb.

Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü M.Şıxəliyeva qardaşına məxsus fərdi yaşayış evinin həyətində yardımçı tikilinin damından özünü asıb.

İlkin araşdırma zamanı müəyyən edilibki, M.Şıxəliyeva uzun müddət psixoloji problemlərdən əziyyət çəkmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər