Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

11:48 - 10 / 10 / 2022
Kəlbəcər və Daşkəsəndə yeni minalar aşkarlandı

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

MN-dən 1news.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər