Balaxanıda içində 5 min manatdan çox pul olan ödəmə terminalı oğurlanıb - FOTO - VİDEO

Sabunçu rayonu Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb.
DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.


491