Azərbaycanda TikTok açıldı? - Rəsmi Açıqlama - YENİLƏNİB

Azərbaycanda “TikTok”a girişin bərpa olunmasına dair xəbərlər yayılıb.
1news.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid bildirib ki, “TikTok"a girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, 14 sentyabr tarixində “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
***
15:36
Azərbaycanda TikTok sosial şəbəkəsinə qoyulan qadağa aradan qaldırılıb.
1news.az xəbər verir ki, artıq ölkə ərazisində şəbəkəyə sərbəst giriş mümkündür.
Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.
***
16:42
Qeyd edək ki, bir saat əvvəl TikToka girişdə heç bir məhdudiyyət olmasa da, hazırda yenidən TikToka daxil olmaq mümkün deyil.