“Rusiya taxılı və gübrəsinin Türkiyə vasitəsilə daşınmasında qərarlıyıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rusiya taxılı və gübrəsinin Türkiyə vasitəsilə daşınmasında qərarlıyıq”

15:02 - 13 / 10 / 2022
“Rusiya taxılı və gübrəsinin Türkiyə vasitəsilə daşınmasında qərarlıyıq”

“Biz (Taxıl daşınmasına dair) İstanbul razılaşmasını gücləndirmək və qüvvədə saxlamaq, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qərarlıyıq”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Astanada görüşü zamanı deyib:

“Taxıl dəhlizinə dair Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək, digər tərəfdən isə az inkişaf etmiş ölkələri sevindirəcək”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan əlavə edib ki, “Akkuyu” Atom Elektrik Stansiyasının ilk turbininin açılışı gələn ilin ilk yarısında baş tutacaq. O, “Sinop” Atom Elektrik Stansiyası ilə bağlı da addım atıla bilsə, bunun fərqli effekti olacağını vurğulayıb.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər