Oğuzda 4 ton narkotik tərkibli bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda 4 ton narkotik tərkibli bitki məhv edilib

09:42 - 13 / 10 / 2022
Oğuzda 4 ton narkotik tərkibli bitki məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqram olan 2440 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər