“Xəzər İnşaat Həftəsi”-nin açılış mərasimi baş tutdu

“Rebuild Karabakh”, “BakuBuild”, “Aquatherm Baku” sərgilərini bir arada toplayan “Xəzər İnşaat Həftəsi”-nin açılış mərasimi baş tutdu.
1news.az xəbər verir ki, açılış mərasimi təşkilatçıların və dövlət nümayəndələrinin iştirakı ilə keçirildi.
Təntənəli açılış mərasimində təşkilatçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı məktub səsləndirildi
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini - Sahib Məmmədov,
Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri - Orxan Məmmədov,
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini – Elnur Əliyev,
Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini - Rasim İsmayılov,
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini - Dövlətxan Dövlətxanov,
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini - Elxan Əsədov,
Caspian Event Organisers şirkətinin Baş direktoru - Fərid Məmmədov
və bir sıra dövlət strukturların nümayəndələri açılış mərasimində iştirak etdi.