Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

09:30 - 19 / 10 / 2022
Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

1news.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəlüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər