Orxan Məmmədov: “KOBİA tərəfindən sərgidə iştirak üçün 10 şirkətə dəstək göstərilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Məmmədov: “KOBİA tərəfindən sərgidə iştirak üçün 10 şirkətə dəstək göstərilib”

11:04 - 19 / 10 / 2022
Orxan Məmmədov: “KOBİA tərəfindən sərgidə iştirak üçün 10 şirkətə dəstək göstərilib”

“Ölkə başçısımızın taprışıqları ilə Qarabağda yenidənqurma işlərə gedir“.

1news.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən
2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində çıxışında deyib.

“Biz KOBİA olaraq sahibkarlara öz dəstəyimizi veririk ki, öz işlərini qursunlar. Bu gün həmin dəstək paketindən istifadə edərək biz tikinti sahəsində fəaliyyət göstərən 10 şirkətə imkan yaratmışıq ki, onlar öz məhsullarını "Rebuild Karabakh" sərgisində təqdim etsinlər. Biz tikinti sahəsində kiçik və orta biznesləri görmək istəyirik. Bu il sərgidə iştirak edə bilməyən kiçik və orta sahibkarlıq nümayəndələri bizim KOBİA-nın stendinə yaxınlaşaraq növbəti sərgilərdə iştirakla bağlı məlumat ala bilərlər. Hansı dəstək lazımdırsa biz öz dəstəyimizi göstərməyə hazırıq".

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər