Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 828 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 51 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 905 220, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 410, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 384 336, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 614 nəfər təşkil edir.
1news.az