Böyük bəlaya çevrilən İSRAFÇILIQ - Bunun qarşısını necə alaq? - Şərhlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük bəlaya çevrilən İSRAFÇILIQ - Bunun qarşısını necə alaq? - Şərhlər

16:47 - 21 / 10 / 2022
Böyük bəlaya çevrilən İSRAFÇILIQ - Bunun qarşısını necə alaq? - Şərhlər

İsraf sözünün lüğəvi mənası “həddi aşmaq, ifrata yol vermək, cahil olmaq, yanılmaq” deməkdir. İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir.

Ölkəmizdə hər il çoxlu sayda qida, geyim və s. məhsullar israfçılıq səbəbilə lazımsız vəziyyətə düşür. Hətta çoxumuz xatırlayarıq ki, pandemiya vaxtı insanlar marketlərdən özlərinə bəlkə də illərlə lazım olacaq qədər çox qidalar alırdılar. Bu da mağazalarda məhsul çatışmazlığına səbəb olurdu. İnsanların çox hissəsi lazımi qidaları tapmaqda çətinlik çəkirdilər. Bundan başqa başqa artıq alınan və vaxtı keçən qida məhsulları zibil yeşiklərinə atılır. İnsanlar öz istifadəsindən artıq məhsul alaraq həm öz ciblərinə, həm də digər insanların haqqına girirlər. Su israfını da bura əlavə etmək olar, bəzən lazımsız yerə su axıdılır. Ancaq nəzərə almaq lazımdır ki, bu gün artıq istifadə etdiyimiz su bizim, övladlarımızın gələcək su ehtiyatalarından gedir. Eyni halı elektrik və qazla bağlı da demək olar. İsrafçılıqdan nə qədər danışsaq bitməz. Bəs israfçılığı azaltmaq üçün nələr edilməlidir?

Məsələ ilə bağlı 1news.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında bunun beynəlxalq bir problem olduğunu bildirib:

“Bu yaxınlarda beynəlxalq tədbir də keçirildi. Həmin tədbirin mövzusu elə bununla bağlı idi. İnsanlar özləri israfçılığa yol verdikləri kimi, övladlarına da bunu öyrədirlər. Hər uşağın evdə nə qədər oyuncağı var. Biz onlara az yaşlarından öyrətməliyik ki, israfçılıq pis vərdişdir. Qidalarda, geyimlərdə, hətta dərmanlarda belə israfçılığa yol veririk. Bir insanın evdə neçə cüt ayaqqabısı olur, ehtiyacı olmadığı təqdirdə, alıb yığırlar. Bu çox pis vərdişdir. Bunun qarşısını almaq üçün ilk olaraq nəyə ehtiyacımız olduğunu müəyyənləşdirməliyik. Nəvələrimə azyaşlarından hər şeydən 1 dənə almalı olduğumuzu öyrətmişdik. Mən məsələn illərdi eyni ayaqqabını geyinirəm. Onun altını düzəltdirirəm. Ala bilmərəmmi? Alaram, amma o peşədə çalışanları da başa düşmək onlara da dəstək olmaq lazımdır. İnsanlar öyrənməlidilər ki, israfçılıq çox pis vərdişdir. Bəzi valideynlər yeni çıxan oyuncağı gedib övladlarına alırlar. Bu da səhv addımdır. Mən özüm də bunu tənqid etsəm də özüm də israfçılığa yol verirəm. Məsələn evdə neçə qalstukum var. Özümü danlayıram ki, nəyə lazımdır? Əvvəlcə özümüzü tərbiyə etməliyik”.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu 1news.az-a açıqlamasında bildirib ki, bəzən israfçılıq qorxudan da yaranır:

“Əsasən, pandemiya vaxtı bu halla rastlaşmışdıq. Bu məsələni normal israfçılıqla qarışdırmaq düzgün deyil. Çünki o zaman insanlar qıtlığın ola biləcəyindən qorxub ona görə, alış-veriş etmişdilər. Bu qorxudan irəli gələn istrafçılıqdır. Amma ümumi götürsək, insanlar çox israfçıdılar. Bunun qarşısını almaq üçün ilk olaraq özümüzdən başlamalıyıq. İnsan özünü dəyişməlidir ki, övladlarına düzgün tərbiyə verib onları da israfçı etməsin. Əsasən, insanlar maddiyyatla bir-birlərinə göstəriş edirlər. Filan paltarı, filan nömrəni bu qiymətə aldım və s. İnkişaf etmiş ölkələrdə bu halla nisbətən az rastlaşırıq. İnsanlar bir-birilə maddi yox, mənəvi cəhətdən bəhsə girməlidirlər. İsrafçılığın qarşısını almaq üçün, məncə, ilk olaraq cəmiyyət qınağı bizim köməyimizə çata bilər. İctimai qınaqla biz bir qədər israfçılığın qarşısını müəyyən dərəcə ala bilərik.

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri saytımıza açıqlamasında islam dinində israfçılığın qadağan olduğunu deyib:

“İslam dinində konkret olaraq israfçılığın haram olduğu deyilir. İnsanlara israfçılıqdan uzaq durmaq tövsiyyə olunur. Bunun qarşısını almaq üçün ilk olaraq özümüzdən başlamalıyıq. Belə bir misal deyim otaqdan çıxanda işığı söndürmək. Mən yadımdan çıxanda övladım tez gəlib işiğı söndürür ki, israfçılıq olmasın. Maarifləndirmə işləri görülməlidir. Su ilə bağlı edilib ki, dişləri fırçaldığımız zaman suyu açıq qoymaq olmaz. Türkiyədə kağız istehsalatını azaltmaq üçün addımlar atılır. Bu da kağız israfının qarşısını alır. Artıq demək olar ki, çox sənədlər elektron qaydada aparılır. Həmçinin Estoniya da bu məsələdə çox irəliləyib. İsrafçılığın qarşısını almaq üçün ilk özümüzdən başlamalı və bunu övladlarımıza aşılamalıyıq.

Aynurə Xudaverdiyeva

Paylaş:
3159

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər