İsrailin Livana hücumları davam edir: mülki şəxslər arasında itkilər var | 1news.az | Xəbərlər
Dünya

İsrailin Livana hücumları davam edir: mülki şəxslər arasında itkilər var

Oksana Orucova11:11 - Bu gün
İsrailin Livana hücumları davam edir: mülki şəxslər arasında itkilər var

İsrail ordusu atəşkəsə baxmayaraq Livan ərazisinə hücumlarını davam etdirir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Nəbatiyyə bölgəsinin Cibşit qəsəbəsində yaşayış binasının vurulması nəticəsində eyni ailədən biri uşaq olmaqla 5 nəfər həlak olub.


Bundan başqa, Sur şəhərinin bəzi qəsəbələrində evlər partladılıb, Hanin qəsəbəsinə isə hava zərbələri endirilib. Hücumlar nəticəsində infrastruktur və yaşayış binalarına ciddi ziyan dəyib.


Məlumata görə, 2 martdan bəri hücumlarda 2500-dən çox insan ölüb. ABŞ Prezidenti Donald Tramp atəşkəsin uzadıldığını açıqlasa da, Hizbullah və İsrail arasında qarşıdurma davam edir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər