Şəmkir sakini güllələnərək qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir sakini güllələnərək qətlə yetirilib

16:55 - 22 / 10 / 2022
Şəmkir sakini güllələnərək qətlə yetirilib

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

1news.az xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, meyiti tapılan şəxs rayonun Çinarlı kənd sakinidir və o, bir müddətdir Seyfəli kəndində kirayə qalırmış.

Hadisənin necə və kim tərəfindən törədildiyi araşdırılır.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər