İntellektual Azərbaycan gəncləri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb.
Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllərlə qoyulmuş gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük ümid bəsləyir. Ölkəmizdə onlara yüksək şəraitin yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətdə mühüm missiyanın daşıyıcılarına çevriliblər.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "İntellektual Azərbaycan gəncləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Elnur Məmmədov - Gİ-nin idman şöbəsinin müdiri, Faiq Həsənov - AŞF-nin birinci vitse-prezidenti, Vüsalə Niftəliyeva - GF-nin şöbə müdiri, Rüfət Şıxıyev - Sabunçu Gənclər Evi "Platon Tech" klubunun təsisçisi, Gövhər Beydullayeva - dünya çempionu və Abdulla Qədimbəyov - dünya çempionu, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: