Bakıda mağazadan 4000 manatdan çox pul oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağazadan 4000 manatdan çox pul oğurlandı

12:07 - 26 / 10 / 2022
Bakıda mağazadan 4000 manatdan çox pul oğurlandı

Binəqədi Rayon Polis İdarəsinin-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Budaqov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər