Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib

15:56 - 27 / 10 / 2022
Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib.

1news.az xəbər verir ki, bu barədə onun dostu sosial şəbəkədə post paylaşıb. Bildirilib ki, Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək pul köçürmək üçün Sənandan hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan mesajla göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib: "Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib və Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə: +7939803-81-83”

1news.az

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər