Məşhur müğənni sənətdən bir müddətlik gedir | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur müğənni sənətdən bir müddətlik gedir

17:03 - 27 / 10 / 2022
Məşhur müğənni sənətdən bir müddətlik gedir

Dünyaca məşhur britaniyalı müğənni Adel bir müddətlik müğənnilik fəaliyyətinə fasilə vermək qərarına gəlib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Adel bu addımı elmi fəaliyyət üçün atdığını deyib.

“İngilis ədəbiyyatı üzrə dərəcə almaq istəyirəm. Yəqin ki, ifaçılıqda uğur qazanmasaydım, o zaman dəqiq müəllim olardım”.

Adelin sözlərinə görə, onun ali təhsil müəssisəsinə qəbul olunmaq fikri yoxdur, kvalifikasiya almaq üçün repetitorla məşğul olacaq: “Düşünmürəm ki, daha sonra ixtisasım üzrə işləyim. İndi heyfsilənirəm ki, daha əvvəl universitetə niyə qəbul olmamışam”.

Paylaş:
1538

Son xəbərlər

Bütün xəbərlər