Cəbrayılda xeyli silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda xeyli silah-sursat aşkarlanıb - FOTO

10:22 - 27 / 10 / 2022
Cəbrayılda xeyli silah-sursat aşkarlanıb - FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər