FHN xilasetmə əməliyyatı görüntüləri yayıb- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xilasetmə əməliyyatı görüntüləri yayıb- VİDEO

11:28 - 27 / 10 / 2022
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb- VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğınlar zamanı 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 40 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

1news.az

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər