450-dən çox meyitin qalıqları ekshumasiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

450-dən çox meyitin qalıqları ekshumasiya edilib

12:26 - 28 / 10 / 2022
450-dən çox meyitin qalıqları ekshumasiya edilib

Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4-cü, 120.2.7-ci, 120.2.12-ci və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.

1news.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Məlumata görə, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Baş prokurorunun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

Paylaş:
191

Son xəbərlər

Bu kollecdə beş ilə 90 minə yaxın pul mənimsənilibBu gün, 12:57Sürət yarışı keçirib tiktokda paylaşanlar həbs edildi - VİDEOBu gün, 12:49Mayın 26-da 49 minə yaxın abituriyent qəbul imtahanı verəcəkBu gün, 12:43Nazir: Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilirBu gün, 11:54Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 11:38İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:37Azərikard beynəlxalq əməkdaşlığını genişləndirirBu gün, 11:25Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandıBu gün, 11:19Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə veribBu gün, 11:07“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb - FOTOBu gün, 10:59FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilibBu gün, 10:51Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olubBu gün, 10:38Azərbaycan İnvestisiya Şirkəti Gürcüstan şirkəti ilə Birgə İştirak Müqaviləsi imzalayıbBu gün, 10:23Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklərBu gün, 10:21BŞİH əhaliyə müraciət etdiBu gün, 10:14Saatlının polis rəisinə yeni müavin təyin edilibBu gün, 10:02AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edirBu gün, 09:53Qarabağ Universitetinin rektoru kollektivə təqdim olundu - FOTOBu gün, 09:30Bakının 3 rayonunda qaz təchizatı dayandırılacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20
Bütün xəbərlər