Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

16:23 - 29 / 10 / 2022
Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

Zaqatala rayonunda avtoxuliqanlıq edib sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.

1news.az

Paylaş:
319

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər