113 gün mühasirədə qalmış 29 azərbaycanlının yaşadığı dəhşətlər AzTV-də - YENİ FİLM | 1news.az | Xəbərlər
Cəmiyyət

113 gün mühasirədə qalmış 29 azərbaycanlının yaşadığı dəhşətlər AzTV-də - YENİ FİLM

Qafar Ağayev12:40 - 31 / 10 / 2022
113 gün mühasirədə qalmış 29 azərbaycanlının yaşadığı dəhşətlər AzTV-də - YENİ FİLM

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilmiş faciə ilə bağlı sənədli film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən 1news.az-a verilən məlumata görə, “Başlıbel: mühasirə gündəliyi” filmi erməni silahlılardan qaçaraq dağlara sığınmış 29 azərbaycanlının xatirləri əsasında lentə alınıb.

Belə ki, rayonun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin onlar cəmi 17 gün gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni quldurlar qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi iki ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər.

Başlıbelin işğalı zamanı erməni quldurlar 27 nəfəri güllələyib, 1 nəfəri diri-diri yandırıb, ruhi xəstəlikdən əziyyət çəkən 1 kənd sakinini işgəncə ilə qətlə yetiriblər. 19 kənd sakini isə girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib, günlərlə kahalarda ac-susuz qalıblar. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda qalıb.

Filmdə düşmən əlindən sağ qurtulmağı bacaran azərbaycanlılar yenidən həmin yerlərə qayıdır, qorxu dolu günlərinin keçdiyi kahaları tapır, özlərindən qalma əşyalara baxır və həmin dəhşətləri danışırlar.

Filmin ssenari müəllifi Elxan Salahov, rejissoru Pərviz Həsənovdur.

“Başlıbel: mühasirə gündəliyi” sənədli filmi 31 oktyabr, 1, 2, 3 noyabr tarixlərində saat 21:00-da AzTV-də yayımlanacaq. Filmi AzTV-nin sosial şəbəkə hesablarında da izləyə bilərsiniz.

Paylaş:
336

Son xəbərlər

“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO05 / 05 / 2024, 14:00İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47
Bütün xəbərlər