Masallıda restoranda soyğunçuluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda restoranda soyğunçuluq edən şəxs saxlanılıb

11:16 - 01 / 11 / 2022
Masallıda restoranda soyğunçuluq edən şəxs saxlanılıb

Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 180.1-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmlar davam etdirilir.

1news.az

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər