DİN Cəbrayılda mina düşən şəxslə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb.
Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam etdirilir.
437