Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

Qafar Ağayev15:40 - 02 / 11 / 2022
Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

Göyçayda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər