Humay Qədimova 3000 rüşvət istəyən polis inspektorundan DİN-ə şikayət etdi - Video - Yenilənib

Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.
1news.az xəbər verir ki, tarzən müraciəti öz instaqram hesabında paylaşıb.
Onun sözlərinə görə, sürücüsünü Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru qanunsuz olaraq saxlayıb.
Humay Qədimova qeyd edib ki, sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib.
Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib.
09:24
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, tarzən Humay Qədimovanın səsləndirdiyi fikirlərlə bağlı hazırda BDYPİ-də müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.