Sumqayıt sakinini aldadaraq hesabına 2 min manat ödətdirən şəxs tutulub

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Bu barədə 1news.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
1news.az
460