FHN Tovuzdakı yol qəzası ilə bağlı əməliyyat görüntülərini yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Tovuzdakı yol qəzası ilə bağlı əməliyyat görüntülərini yayıb - VİDEO

15:08 - 07 / 11 / 2022
FHN Tovuzdakı yol qəzası ilə bağlı əməliyyat görüntülərini yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ГАЗел" markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

1news.az

Paylaş:
376

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər