PilatesLife Azərbaycanda ilk dəfə olaraq Trigger Point mütəxəssisindən beynəlxalq təlim təşkil edib - VİDEO

Azərbaycanda ilk dəfə!
PilatesLife Azərbaycanda ilk dəfə olaraq Trigger Point mütəxəssisi tərəfindən miofasiyal sıxılma texnikasının tədris proqramı üzrə beynəlxalq təlim təşkil edib.
Bu tədbirin keçirilməsində məqsəd ölkəmizdə məşqçilərin bilik və bacarıqlarını inkişaf etdirərək idman sahəsində peşəkarlığın artırılmasıdır. İdmana həvəs və sağlam həyat tərzinin təbliği də təşkilatçıların əsas prioritetlərindəndir.
Təlim Su İdmanı Sarayında təşkil olunub. Trigger Point Performance-ın sertifikatlı usta məşqçisi Barış Çunquroğlu tərəfindən keçirilən təlimdə fitnes, pilates, manual terapiya və reabilitasiya sahəsində 50-dən çox mütəxəssis iştirak edib. İştirakçılar bu texnikanın bütün incəliklərini və xüsusiyyətlərini yaşadılar, bir sıra sınaqlardan keçdilər və bundan sonra peşəkar təcrübələrində istifadə edəcəklər.
Trigger Point sizə məşqdən effektiv şəkildə sağalmağa və əzələ ağrılarını aradan qaldırmağa, həmçinin əsas əzələlərinizi gücləndirməyə və hərəkət diapazonunu yaxşılaşdırmağa imkan verən innovativ masaj avadanlığıdır. Silindrlər, rollerlər, toplar və digər Trigger Point məhsulları idman, fitnes və reabilitasiya mütəxəssisləri, eləcə də bütün dünyada özünü masaj həvəskarları tərəfindən geniş istifadə olunur.
Futbolçu David Beckham, NBA ulduzu LeBron James və başqaları kimi məşhur idmançılar daim Trigger Point texnikasını tətbiq edirlər.
Trigger Point masaj avadanlığından istifadə edən məşqlərin əksəriyyəti miyofasiyal boşalma texnikasına əsaslanır (“myo” - əzələlər, “fasya” - əzələ membranı, “buraxma” - sərbəst buraxılma, rahatlama).
Gərgin nöqtələrinin səbəbləri arasında uzun müddət eyni tipli təkrarlanan hərəkətlərin yerinə yetirilməsi, həmçinin əzələ gərginliyi ("aşırı istifadə" və "az istifadə"). Risk qrupuna onurğa, dayaq-hərəkət sistemi problemləri olan, emosional problemləri, həmçinin oturaq həyat tərzi aparan insanlar daxildir.
Trigger Point-in yaradıcısı Cessidi Filips, 15 ildən çox əvvəl xroniki əzələ ağrısı səbəbiylə marafonlardan və yarışlarından təqaüdə çıxmaq məcburiyyətində qaldıqdan sonra trigger point terapiyasına heyran oldu. Nəticədə, amerikalı biomexanik mütəxəssisi xəstəliyin öhdəsindən gələ bildi, idman həyat tərzinə qayıtdı və əldə etdiyi təcrübə və bilik ona 2002-ci ildə Trigger Point-i yaratmağa kömək etdi.
PilatesLife gələcəkdə davamlı olaraq idmançılar üçün müxtəlif maarifləndirici tədbirlər keçirməyi və bu sahədə inkişaf etməyi planlaşdırır.
Təlim Go Sport Azerbaijan, Aquatic Palace, Push 30, PN Holding Azerbaijan, Seylab Su şirkətlərinin təşkilati dəstəyi ilə keçirilib.