“Bir ağac-min nəfəs” aksiyası bu dəfə Günəşli qəsəbəsində keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə Günəşli qəsəbəsində keçirilib - FOTO

Qafar Ağayev09:55 - 10 / 11 / 2022
“Bir ağac-min nəfəs” aksiyası bu dəfə Günəşli qəsəbəsində keçirilib - FOTO

Növbəti ting paylama aksiyası Günəşli qəsəbəsində yerləşən “Araz” superstorun qarşısında keçirilib, işlənmiş plastik, şüşə, kağız və batareya təhvil verən vətəndaşlara ağac tingləri verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova 1news.az-a bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “ARAZ” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan aksiya zamanı ümumi tutumu 340 litr olan plastik, 11 litr şüşə, 20 kiloqram kağız tullantı və 29 işlənmiş batareya təhvil götürülüb və təkrar emala göndərilib.

““Tullantıları tinglərə dəyiş” aksiyasının keçirilməsində məqsəd ağac əkmək istəyən hər kəsi ağac tingləri ilə təmin etmək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır”.

S.Məmmədovanın sözlərinə görə, aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam edəcək.

“Növbəti aksiyaların keçiriləcəyi vaxt və ünvan barədə məlumatları eco.gov.az saytından və nazirliyin rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz”.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər