“Prezidentin Səmərqəndə növbəti səfəri çox maraqlı məqamlarla yadda qalıb” - Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“Prezidentin Səmərqəndə növbəti səfəri çox maraqlı məqamlarla yadda qalıb” - Deputatdan ŞƏRH

16:37 - 11 / 11 / 2022
“Prezidentin Səmərqəndə növbəti səfəri çox maraqlı məqamlarla yadda qalıb” - Deputatdan ŞƏRH

“Düşünürük ki, gələcəkdə çox maraqlı hadisələr baş verə bilər”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısında iştirak etmək üçün Səmərqənddə səfərdədir. Prezidentin Səmərqəndə növbəti səfəri çox maraqlı məqamlarla yadda qalıb. Cənab Prezident Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev ilə dünənki görüşü zamanı Özbəkistanın qardaş və strateji tərəfdaş ölkə olduğunu xüsusilə vurğulayıb və son 7 ay ərzində 3-cü dəfə Özbəkistanda olması, onunla iqdisadi münasibətlərin daha da inkişaf etməsinə önəm verməsini səsləndirib.

Bugünkü Zirvə Toplantısındakı çıxışı zamanı cənab prezident Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin ərazisində yaşayan türklərlə yanaşı, onun hüdudlarında yaşayan türklərin də hüquqularının müdafiəsinin təşkil edilməsinin vacib oluğunu vurğulayıb. Xüsusilə də Azərbaycan sərhədlərindən kənarda yaşayan 40 milyon Azərbaycanlının öz dillərində təhsil almaq hüquqlarının təmin edilməsi həlli vacib olan məsələlərdən biri olduğu səsləndirilibdir.

Bununla yanaşı, bugünkü toplantıda çox maraqlı bir hadisə baş verib. Şimali Kipr türk dövləti müşahidəçi statusla Türk Dövlətləri Təşkilatına üzvlük statusu alıb. Düşünürük ki, gələcəkdə çox maraqlı hadisələr baş verə bilər. O baxımdan da bu zirvə toplantısı dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Ümid edirik ki, Türk Dövlətləri Təşkilatı bu günə qədər irəlilədiyi, inkişaf etdirdiyi məslələr üzərində daha da sıx işləyəcəkdir və ən əsası iqdisadi, mədəni-siyasi əlaqələr daha da güclənəcək”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

Ayşən İsmayılova

Paylaş:
588

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər