Bakıda keçmiş məhkum məktəbdən oğurluq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçmiş məhkum məktəbdən oğurluq edib

11:56 - 11 / 11 / 2022
Bakıda keçmiş məhkum məktəbdən oğurluq edib

Bakıda məktəbdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə noyabrın 8-də Ə.Kürçaylı küçəsində yerləşən tam orta məktəbin informatika otağından 4 ədəd noutbuk oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
320

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər