Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

12:26 - 11 / 11 / 2022
Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

1news.az

Paylaş:
262

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər